Əlavə məlumat
“Nizami City” yaşayış kompleksi — Yasamal rayonu, Nizami m/st-nın yaxınlığında yerləşən, yüksək komfort və əlverişli infrastrukturu bir araya gətirən müasir layihədir. Kompleksin ətrafında məktəblər, uşaq bağçaları, parklar, ticarət obyektləri və rahat nəqliyyat infrastrukturu (metro və avtobus dayanacaqları) yerləşir.
9 korpusdan ibarət kompleksin A, B və C binaları artıq istifadəyə verilib və qazla təchiz olunub. Növbəti mərhələdə tikintisi davam edən E, F və G binalarında işlər sürətlə davam etdirilir.
Yerli və xarici istehsalçıların yüksək keyfiyyətli materiallarından inşa edilən mənzillər sərbəst planlaşdırma imkanı ilə təqdim olunur. Mənzilləri ilkin mərhələdə nağd ödənişlə, sonrakı mərhələlərdə isə 24 ayadək daxili kredit şərtləri ilə əldə edə bilərsiniz.